BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğlunu öldürən şəxslə bağlı qərar çıxarıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən Nüsrət Vahabovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Sumqayıtda Ağır Cinayətlər Məhkəməsinin hökmü Nüsrət Vahabov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2022-ci ilin mayında baş verib. Həmin gün Nüsrət Vahabov evə sərxoş vəziyyətdə gələrək bazardan aldığı əti doğramağa başlayıb. Bu zaman oğlu Sərraf Ramazan bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar atasına irad tutub. Nəticədə tərəflər arasında ciddi mübahisə yaşanıb.

 

Mübahisə əsnasında Sərraf atasına yumruqla və həyətdə istifadə olunan bellə zərbələr endirib. Nüsrət Vahabov isə oğlunu cəzalandırmaq məqsədilə cibindən çıxardığı bıçaqla onun ürək nahiyəsinə zərbə endirib. Nəticədə oğlu qanitirmədən ölüb.

 

Məhkəmə ifadə verən Nüsrət Vahabov bildirib ki, oğlu narkotik alüdəçisi olub.

 

Kamal Məmmədov

Tarix: 20 Yanvar 2023, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin