BURADA REKLAMINIZ OLA
BİLƏR

Bilal Əliyevdən maraqlı açıqlama: “Ölkə başçısı “Tik Tok”da söyüş söyənləri layiqincə cəzalandırsın...”

“Azərbaycan şəhidini təhqir edən insan bütöv Azərbaycanı təhqir etmiş kimidir. Azərbaycan dövləti  gözəl dövlətdir. Azərbaycanın çox ağıllı Prezidenti var. Cənab Prezident İlham Əliyev nə məsləhət görürsə, biz də o yolla gedəcəyik...”

 

Bu sözləri Pravda.az-a Xalq artisti Bilal Əliyev Azərbaycanda “Tik Tok”un bağlanması ilə bağlı çağırışlara münasibət bildirərkən deyib.

 

O vurğulayıb ki, “TikTok”un bağlanmasının deyil, təhqirə, söyüşə yol verənlərin cəzalandırılmasının tərəfdarıdır: “Mən o insanlara qarşı tədbir görülməsini istəyirəm. Ölkə rəhbəri belə insanları layiqincə cəzalandırsın...”

 

Aytəkin Qardaşova

Tarix: 20 Yanvar 2023, 15:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin