BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaradağ RİH-in əməkdaşları qocaların yaşadığı evə ayaqqabı ilə girdilər - FOTO

Qaradağ rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qrup üzvləri bu gün rayonun bütün qəsəbələrində yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən artıq sakini evlərində ziyarət edib, onlara ərzaq və dərman yardımı ilə köməklik göstəriblər.

Qaradağ rayonun sakinləri xüsusi karantin rejiminə tabe olur, evdən bayıra az çıxırlar. Bu gün də qəsəbələrdə çalışan mobil qrup üzvləri qəsəbələrdə gün ərzində gəzərək xüsusi səsgücləndiricilər vasitələri ilə vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar vermişlər. Könüllülər bu gün də sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatları bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asmağa davam ediblər.

Artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılıb və parklara giriş məhdudlaşdırılıb. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Gündəlik aparılan dezinfeksiya işləri də rayonunun bütün qəsəbələri olmaqla, Qızıldaş, Sanqaçal, Qobustan və Müşfiqabad qəsəbələrinin ərazisində də davam etdirilir. Rayonun qəsəbələrində dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilib, bildirilib ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.

Qeyd edək ki, Qaradağ RİH-in əməkdaşlarının qocaların yaşadığı evə ayaqqabı ilə girməsi diqqət çəkib.


Fotoları təqdim edirik
Tarix: 3 Aprel 2020, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin