BURADA REKLAMINIZ OLA
BİLƏR

“DİN rəhbərliyi cərimələrin ləğv olunması istiqamətində təcili addımlar atmalıdır” – Vəkil

“Bəzi narahatlıq doğuran məqamlar da vurğulanmalıdır ki, vətəndaş-polis münasibətlərində narazılıq və gərginlik olmasın. Bildiyiniz kimi, karantin rejimi tətbiq olunandan bəri Bakı-Abşeron-Sumqayıt ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayıb. Nazirlər Kabinetinin 2 aprel tarixli qərarı ilə nəzərdə tutulmuş məhdudiyyətlər isə, aprelin 5-i saat 00:00-dan qüvvəyə minir. Bu, o deməkdir ki, 5 aprel saat 00-00-dək şəxsi nəqliyyat vasitəsilə Bakı-Abşeron-Sumqayıt ərazisində hərəkət edən şəxslərə münasibətdə, əgər həmin şəxslərin 65 yaşı tamam olmayıbsa, İXM-nin 211-ci maddəsi ilə cərimə yazıla bilməz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Anar Qasımlı deyib.

 

A.Qasımlı qeyd edib ki, ümumiyyətlə, məhdudiyyət avtomobilə tətbiq olunmur, avtomobilin sürücüsünə və sərnişinlərinə tətbiq olunur: “Başqa sözlə, aprelin 5-i saat 00:00-dan etibarən şəxsi avtomobillərdə hərəkət edən və buna icazəsi olmayan sürücülər və sərnişinlər karantin rejimini pozduğuna görə cərimələnə bilərlər. Hərəkət etmək icazəsi olanlar isə, buna görə cərimələnə bilməzlər. Dünən və bu gün qeyd olunan əsasla sürücülərə tətbiqnolunmuş cərimələr ləğvbolunmalı, sabah, yəni aprelin 4-ü də tətbiq olunmamalı, aprelin 4-dən 5-nə keçən gecə saat 00:00-dan etibarən tətbiq olunmalıdır. Hesab edirəm ki, DİN rəhbərliyi aprelin 5-dək yazılmış cərimələrin ləğv olunması istiqamətində təcili addımlar atmalı, ictimaiyyəti məlumatlandırmalıdır”.

Tarix: 3 Aprel 2020, 21:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin