Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra qarşıda duran əsas vəzifələrdən birincisi məhz Qarabağda ərazilərin bərpası, işğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs gətirilməsi idi. 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərimizdə mədəni-tarixi abidələr yerlə-yeksan olunmuş, məhv edilmiş, dağıdılmışdı. Həmin ərazilərin bərpasına müasir kompleks yanaşma dövlət siyasətinin prioritet istiqaməti idi. Bu mənada, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə cənab Prezident İlham Əliyev Sərəncam imzaladı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanıldı.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, “Böyük Qayıdış” proqramı son dərəcə əhəmiyyətlidir.

E.Şahinoğlu vurğulayıb ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük müharibə nəticəsində azad olundu:
“İndi isə keçmiş qaçqın və məcburi köçkünlərimizi məskunlaşdırmaq lazımdır. Məskunlaşma, yəqin ki, əsasən iki mərhələdə həyata keçiriləcək. Məsələn, Şuşa və Laçın daha tez məskunlaşdırıla bilər. Çünki ermənilər işğal edəndən sonra bu ərazilərdə özləri yaşayırdılar. Yəni müəyyən təmir və tikinti işləri aparandan sonra həmin ərazilərə “Böyük Qayıdış”ı sürətləndirmək olar. Dövlət başçısı İlham Əliyev də vurğulayıb ki, bu il ən azından Laçın məskunlaşdırılacaq. Bu, çox önəmlidir. Ağdam, Füzuli, Cəbrayılda da işlər sürətlənib. Qarabağın əhalisi artmalıdır. Ermənilər anlamalıdırlar ki, ətraflarında azərbaycanlılar yaşayır. Vaxtilə qətliamlar, etnik təmizlə törətdilər, çünki keçmiş “Dağlıq” Qarabağ və ətrafında azərbaycanlıların yaşamasını istəmirdilər. Özlərinə dırnaqarası neytral bufer zonası yaratdılar. İndi artıq belə bir “zona” yoxdur. Məskunlaşmanı sürətlə aparmalıyıq ki, Qarabağın əhalisi 800 min, bəlkə də 1 milyona yaxın insan olsun və bir daha erməni separatizmi bu bölgədə baş qaldıra bilməsin”.
Politoloq Amid Əliyev isə deyib ki, Vətən müharibəsindən sonra Azərbaycan rəsmi qaydada işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"ın başlanmasını elan edib:

“Hazırda bu iş əsasən iki istiqamətdə həyata keçirilir və daha çox siyasi əhəmiyyətə malikdir. Birincisi, ərazilərin yenidən qurulması, yeni istehsal sahələrinin təşkili və məskunlaşmanın yeni konsepsiyası. Artıq bu istiqamətdə bir sıra vacib addımlar atılıb. Belə ki, Zəngilanda “Ağıllı kənd” və “Ağıllı şəhər” layihəsi uğurla icra olunub, Zəngilan, Ağdam, Şuşa və Cəbrayılın baş planları təsdiqlənib, bir sıra vacib infrastruktur obyektlər tikilib, yeni, əsasən də bərpa olunan enerji mənbələrinin istismarı üçün vacib işlər həyata keçirilib. Qarabağ iqtisadi rayonu "yaşıl enerji" zonası elan edilib, nəqliyyat infrastrukturu tam olaraq yenilənib, Füzuli və Zəngilanda hava limanları istismara verilib. Laçında isə yeni hava limanının inşası davam edir. Qələbəmizin rəmzi olan "Zəfər yolu" istifadəyə verilib. Zəngilanın bölgənin nəqliyyat qovşağına çevirlməsi üzrə planlı şəkildə işlər gedir, bölgədə qaz, su və elektrik enerjisinin təminatı üçün müvafiq infrastruktur yaradılır”.
Politoloq bildirib ki, “Böyük Qayıdış”ın ikinci istiqaməti əhalinin yenidən öz dədə-baba torpaqlarına qayıtmasıdır:
“Bu istiqamətdə də əməli tədbirlər görülüb. Artıq Zəngilanın Ağalı kəndinə sakinlər məskunlaşdırılıb. Bu il Laçın rayonuna da əhalinin məskulaşması gözlənilir. İnsanların həyat şəraitini yaxşılaşdırmaq və daha səmərəli etmək üçün Azərbaycan dövləti lazım olan bütün infrastrukturu bu bölgədə təmin edib. Bu işlərin əsas məqsədi Ermənistana və dünya birliyinə Qarabağ torpaqlarının kimə məxsus olma mesajını verməkdir. Aparılan işlərin həcmi Azərbaycanın iqtisadi qüdrətinin bariz nümunəsidir. Həyata keçirilən islahatlar fonunda yeni idarəetmə modelinin tətbiqi dövlətin siyasi idarəetmə islahatı və novatorluğu kimi qiymətləndirilə bilər. 30 il ərzində işğal altında olan ərazilərdə Ermənistan tərəfindən aparılmış talan, qarət siyasətinə Azərbaycan yenidənqurma və bərpa işləri ilə cavab verir. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan bölgədə bu işləri aparmaqla sülhə sadiqdir və sülhün təmin olumasına söykənən xarici siyasət aparır. Bu, öncəliklə erməni cəmiyyətinə bir mesaj olmalıdır. Regionda və beynəlxalq aləmdə Azərbaycanın yeni sülhpərvər imici məhz bu işlər əsasında formalaşır. Artıq bir sıra dövlətlərin bölgəyə investisiyası yatırılıb. Bu da özlüyündə bölgənin iqtisadi-siyasi imkanlarının cəlbediciliyindən irəli gəlir. Təbii, ki aparılan işlər iqtisadi əsaslı olsa da, siyasi əhəmiyyətə də malikdir. Azərbaycan bir daha dünyaya çatdırdı ki, bu gün yenidən qurulan Qarabağ hər zaman hüquqi və siyasi cəhətdən Azərbaycana bağlı olub. Aparılan müxtəlif vektorlu işlər isə bunun bariz nümunəsidir”.
Sosial Tədqiqatlar Mərkəzində sektor müdiri Tural İsmayılov mövzu ilə bağlı qeyd edib ki, “Böyük Qayıdış” azərbaycanlıların tarixi dədə-baba yurdlarına qayıdışını özündə əks etdirən önəmli proqramdır:

“Dövlətimiz bu sahəyə kifayət qədər diqqət ayırır. “Böyük Qayıdış”la bağlı artıq birinci dövlət proqramı qəbul edilib. Bu proqram çərçivəsində keçmiş məcburi köçkünlərimizin öz yurdlarına rahat şəkildə qayıdışı üçün dövlətimiz tərəfindən bütün işlər həyata keçirilir. Əlbəttə, “Böyük Qayıdış” mənəvi əhəmiyyətə malik olmaqla yanaşı, həm də siyasi əhəmiyyət daşıyır. Azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı prosesi elə bir dövrdə baş verir ki, dövlətimiz kənardan heç kimdən yardım almadan, öz resursları hesabına qayıdışın gerçəkləşməsinə çalışır. Eyni zamanda prosesin tam nəzarətimiz altında baş verməsi, işğaldan azad edilmiş bölgələrdə pillə-pillə yaşayışın bərpa edilməsi böyük zəhmət tələb edir. “Böyük Qayıdış” vətəndaşlarımızın həmrəyliyini, birliyini özündə maksimum səviyyədə əks etdirir. Həmçinin xalq-iqtidar birliyinin ən böyük təcəssümlərindən biridir. Bu gün kimliyindən asılı olmayaraq, istənilən məcburi köçkün vətəndaşımız Qarabağda sıfırdan qurulan yaşayış areallarında yenidən həyatı canlandırmağa çalışır. Hər halda mina porblemi həll edildikdən, yaşayış və həyat üçün vacib infrastruktur prosesləri tam gerçəkləşdikdən sonra bütün məcburi köçkünlərimizin qayıdışı prosesi baş verəcək. “Böyük Qayıdış”ın növbəti mərhələsində vətəndaşlarımızın Laçın şəhərinə qayıdışı olacaq. Cənab Prezidentin Yeni illə bağlı xalqa ünvanladığı təbrikində bu müjdə verilmişdi. “Böyük Qayıdış” Azərbaycanın güclü, möhtəşəm dövlət olduğunu bir daha sübut edir”.
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
Ən son xəbərləri səhifəmizdən də izləyin