BURADA REKLAMINIZ OLA
BİLƏR

“Toppuş bacı”nın ailəsi Mədəniyyət Nazirliyinə MÜRACİƏT ETDİ

Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva saat 12 radələrində Milli Onkologiya Mərkəzində vəfat edib.

 

Bizim.Media-nın əməkdaşının əldə etdiyi məlumata görə, aktrisanın ailəsi Bakıda Qurd Qapısı ərazisində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunmasını istəyir.

 

Belə ki, sözügedən qəbiristanlıqda fəxri ada layiq görülən incəsənət nümayəndələri torpağa basdırılır. Aktrisanın isə Əməkdar artist fəxri adı var.

 

Hazırda Tünzalə Əliyevanın ailəsi sözügedən qurumdan cavab gözləyir.

 

Qeyd edək ki, Tünzalə Əliyevanın 50 yaşı vardı. Onun Röyal adlı bəylə evlilikdən Zəhra adında bir qız övladı var.

Tarix: 22 Yanvar 2023, 16:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin