BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Vahid Məhkəmə Portalının saytında texniki problem yarandı

Azərbaycanın Vahid Məhkəmə Portalının saytında texniki problem yaranıb.

 

Pravda.az xəbər verir ki, portalın courts.gov.az internet ünvanı ilə məhkəmələrin saytlarına giriş, elektron axtarış sistemi, e-məhkəmə və digər bölmələrə keçid mümkün deyil.

 

Qeyd edək ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanında Məhkəmə-Hüquq Şurasına məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi tövsiyə edilib. Həmçinin Ədliyyə Nazirliyinə tapşırılıb ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etsin, fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün, məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün.

 

Kamal Məmmədov

Tarix: 23 Yanvar 2023, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin