BURADA REKLAMINIZ OLA
BİLƏR

Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadına hökm oxundu

Abşeron Rayon Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən Günay Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin cəzanın çəkilməsi təqsirləndirilən şəxsin azyaşlı uşağı on dörd yaşına çatanadək təxirə salınıb. Günay Səmədova barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılıb.

 

İttihama görə, Günay Səmədova 2021-ci ilin avqust-dekabr aylarında 2 yetkinlik yaşına çatmayan qızı pul (100-300) qarşılığında Gəncə və Abşeron ərazisində kişilərlə görüşdürüb. Həmin şəxslərlə hər görüşdən sonra o, 50 manat qazanc əldə edib.

 

Daha sonra Günay Səmədova polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 23 Yanvar 2023, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin