BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi tanışını xəncərlə vurdu, qadın araya girdi - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mirağa Seyidovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 24 fevral 2022-ci il tarixdə, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən evlərin birindək zirzəmidə qeydə alınıb.

 

Belə ki, 1982-ci il təvəllüdlü Mirağa Seyidov tanışı olan zərərçəkmiş Rüfət Quliyevin (soyadı şərti) onun ünvanına nalayiq ifadələr işlətməsini cüzi bəhanə edib. Daha sonra o, xəncərin küt hissəsi ilə Rüfətin baş nahiyəsindən, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub. Bu zaman səs-küyə Rüfətin arvadı hadisə yerinə gəlib. Qadın ərini oradan aparıb.

 

Daha sonra Mirağa Seyidov saxlanılarkən onun üzərindən çəkisi 0,952 qram narkotik götürülüb.

 

Onun barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, qanunsuz soyuq silah saxlama və narkotik maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 23 Yanvar 2023, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin