BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azyaşlılara qarşı qeyri-etik halların baş verməməsi üçün hansı işlər görülür? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun hərəkəti ciddi tənqid və etirazlara səbəb olub. Təklif edilir ki, ölkəmizdə pedofiliya ilə bağlı ciddi tədbirlər görülməli, uşaqlarla bu barədə özünümüdafiə xarakterli söhbətlər aparılmalı, bədən təhlükəsizliyi ilə bağlı metodika işlənməlidir.

 

Bununla əlaqədar Pravda.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib ki, uşaqların cinsi istismarının aradan qaldırılması, onların müdafiəsi ilə bağlı Dövlət Komitəsi tərəfindən 2016-cı ildən bəri iş aparılır.

Elgün Səfərov BMT-də yüksək vəzifəyə

Qurum rəsmisinin sözlərinə görə, hazırda Azərbaycan Respublikasının uşaq məlumat bankı təkmilləşdirilir: “2022-ci ildə birbaşa uşaqların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici vəsaitlər çap edilib, Dövlət Komitəsi ilə birgə 11 dövlət qurumu regionlarda, şəhərlərdə bu istiqamətdə məktəblərdə, digər müəssisələrdə, eyni zamanda valideynlər üçün təlimlər keçirib. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Azərbaycanda ilk dəfə qəbul edilmiş bu iki vacib sənəddə uşaqların hüquqlarının, onların şəxsi toxunulmazlıq hüququnun qorunması, eyni zamanda uşaqların reproduktiv sağlamlıq haqqında maarifləndirmələri ilə bağlı xüsusi bəndlər öz əksini tapıb. 2022-ci ildə bu istiqamətdə keçirilən təlimlər bütün regionları əhatə edib. Dövlət Komitəsinin uşaq hüquqlarının müdafiəsinə yönəlik hazrıladığı roliklər televiziya kanalları, sosial şəbəkələr vasitəsilə yayımlanıb. Bu gün maarifləndirici vəsaitlər, aparılan kampaniya əhalininin bütün kateqoriyasını əhatə etmir. Ucqar kəndlərdə yaşayanların, internetə əlçatanlığı zəif olan insanların maarifləndirilməsinin üz-üzə aparılması məqsəduyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir”. Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” Qanun layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir. Bununla bağlı da Dövlət Komitəsi tərəfindən regionlarda və ucqar kəndlərdə təlimlər keçirilməsi nəzərdə tutulub”.

 

E.Səfərli bildirib ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin növbəti hesabatında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın nümayəndə heyətinin bu gün və sabah hesabatı dinlənilənəcək: “Həmin hesabat çərçivəsində bu məsələlər müzakirə ediləcək. Son səkkiz il ərzində hansı tədbirlər əhatə edilib, hansı işlər görülüb – bütün bunlar hesabatda öz əksini tapıb. Tövsiyələr veriləcək”.

 

O deyib ki, uşaq strategiyası onlayn platformada təkmilləşdirilir: “Dövlət qrumları bu sahədə koordinasiyanı virtual aləmdə də gücləndirir. 2023-cü ildə “kidsafe”in təkmilləşdirliməsi planlaşdırılıb. Koordinasiya fəaliyyətinin gücləndirilməsi üçün həm onlayn platformadan istifadə edilir, həm maarifləndirici kampaniyada da bu, öz əksini tapacaq. Burada təkcə Komitənin fəaliyyətindən söhbət getmir. Bütün Azərbayncanın qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanlarında bu sahədə məsul şəxslərin uşaq hüquqları ilə bağlı fəaliyyəti qiymətləndirilməlidir. Bu prosesə psixoloqların, sosial işçilərin cəlb edilməsi vacibdir. Dövlət Komitəsinin 11 mərkəzi var. Yerlərdə ailə və uşaqlara dəstək mərkəzləri fəaliyyət göstərir. Təcavüzə məruz qalmaq riski olduğu hallarda nələr edilməlidir- bu barədə təlimlər keçirilir, bunlar izah edilir. Təkcə region mərkəzləri tərəfindən deyil, mərkəzi aparatın da psixoloq, sosial iççiləri dəstək göstərirlər. Dövlət Komitəsi tərəfindən mobil tətbiqin yaradılması məqsədəuyğun hesab edilir. Bu sahədə SOS proqramı olacaq. Bu, təkcə bir istiqamətə yox, həm də məişət zorakılığının aradan qaldırılmasına, eyni zamanda uşaqların ictimai yerlərdə cinsi zorakılığa məruz qalmasının qarşısının alınmasına yönəldilə bilər. SOS proqramından istiqafə zamanı xüsusilə bir düymə ilə Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlara məlumat göndərilə biləcək – lokasiya, videonun birbaşa keçidi. Bu, dövlət qurumlarında faktın yığılmasına və onların operativ şəkildə reaksiyasına dəstək göstərəcək. Bu istiqamətdə təkmilləşmə prosesləri, xüsusilə yeni texnologiyaların cəlbi davam etdiriləcək”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Yanvar 2023, 15:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin