BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan YAŞAT Fonduna ianələrin köçürülməsinin dayanması ilə bağlı İDDİALARA CAVAB

YAŞAT Fondunun qazilərin dərman ehtiyaclarını qarşılaya bilmədiyi iddia olunur. Buna səbəb olaraq bildirilir ki, Fonda ianələrin köçürülməsi dayanıb. Şirkətlər, iş adamları Fond yaradıldığı ilkin vaxtlarda ianə etsələr də, hazırda bu işdə fəallıq göstərmirlər. Təklif edilir ki, deputatlarımız bununla bağlı çağırış etməli, məsələ qaldırmalıdırlar.

 

Milli Məclisin deputatı Arzu Nağıyev isə Pravda.az-a açıqlamasında deyib ki, YAŞAT Fonduna ianələrin köçürülməsi dayanmayıb.

 

“Fonda indi də ianələr edilir. Büdcə daha çox qazilərimizin xaricdə müalicəsinə yönəldilib. Bununla yanaşı onkoloji xəstələrə də diqqət artırılıb. YAŞAT Fondu bu istiqamətdə işlərini davam etdirir. Müəyyən sıxıntılar var, ianələr kifayət etmir. İanələrin davam etdirilməsini iş adamlarından, adi vətəndaşlarımızdan bir daha xahiş edirəm”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 24 Yanvar 2023, 08:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin