BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İntihar edən gəlnini Xoşqədəm Hidayətqızının verilişində ittiham edən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində ARB televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinə çıxaraq Vüqar Gülağa oğlunu qızı Sevinc Nəsirovanın öldürməkdə ittiham edən Əkbər Nəsirovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd: 2021-ci ilin mayın 21-də ata evində özünü asaraq intihar edən Sevinc Nəsirovanın ölümünün təfərrüatları ortaya çıxıb. Məlum olub ki, Sevinc Nəsirova Rəşad Nəsirovla 2006-cı ildə ailə qurub. Onların nikahından 2007-ci ildə Rəmzi, 2010-cu ildə isə Əli adlı iki övladları dünyaya gəlib. Lakin bir müddət sonra münasibətlər pozulub. Rəşad Nəsirov narkotik aludəçisi olub. Buna görə 2016-cı ildə 4 il müddətinə azadlıqdan məhrum edilib və 2019-cu ildə azadlığa çıxdıqdan sonra da köhnə vərdişindən əl çəkməyib.

 

Sevinc 2 uşağı olduğundan ailəsini dağıtmaq istəməyib. 2021-ci ilin mayın 6-da Masallı rayonu Ərkivan qəsəbəsində birgə yaşadıqları evdə Rəşad Sevincin tanımadığı şəxslərə faizə pul verməsinə etiraz etdiyi üçün aralarında mübahisə yaranıb. O, vintaçanla Sevincə 18 dəfə zərbə vuraraq onu azyaşlı uşaqlarının gözü qarşısında öldürməyə cəhd edib. Sonuncu zərbə Sevincin kürəyinə olub. Daha sonra o, Sevincin öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb.

 

Məhkəmədə verdiyi ifadədə Sevincin atası Vüqar Gülağa oğlu bildirib ki, Rəşadın valideynləri yaralı heç bir tibbi yardım göstərməyib və təcili tibbi yardım belə çağırmayıb. Hadisə yerinə özü gedib və Sevinci xəstəxanaya çatdırıb. Qızının həyatını xilas etmək mümkün olsa da, psixoloji durumunda ciddi problemlər yaranıb. Sonda bu problem özünü asaraq intihar etməsinə gətirib çıxarıb.

 

Sevincin ölümündən sonra Rəşadın valideynləri, xüsusən Sevincin qayınatası Əkbər Nəsirov Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişində Sevinci ata-anasının ölümündə təqsirləndirməyə başlayıb. Onlar nəvəsi Rəmzini də öz əməllərinə alət, böhtançılığa sövq ediblər: “qatil”, “siz öldürmüsüz”, “özü Sevinci həyətində asdı…” Daha sonra onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.

 

Səbail Rayon Məhkəməsinin hökmü ilə Əkbər Nəsirov Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 24 Yanvar 2023, 08:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin