BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobillə piyadanı vuraraq öldürən 75 yaşlı sürücü məhkəmə qarşısında

 

Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən 75 yaşlı sürücü Məmmədağa Məlikovun cinayət işi ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən il sentyabrın 20-də paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

 

Belə ki, 1948-ci il təvəllüdlü Məmmədağa Məlikov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən Salman Sadiqovu vurub. Nəticədə piyada aldığı xəsarətdən evində ölüb.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 24 Yanvar 2023, 08:44   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin