BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

ATV daha bir şirkəti məhkəməyə verdi

"Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyası (ATV) "Tivi Media" MMC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə ATV Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, televiziya kanalı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: ATV "İggi" MMC-ni də eyni iddia ilə məhkəməyə verib.

 

Kamal Məmmədov

Tarix: 24 Yanvar 2023, 10:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin