BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Heyns: Qələbə üçün Ukraynaya yardım vacibdir

İrəli getmək və qələbə qazanmaq üçün Ukraynanın xarici tərəfdaşlardan əhəmiyyətli hərbi və iqtisadi yardım alması son dərəcə vacibdir.

 

Pravda.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Ayril Heyns deyib.

 

Onun sözlərinə görə, Ukraynada müharibə dalana dirənməyib və Ukrayna və Rusiya qoşunları ciddi problemlərlə üz-üzədir:

 

“Bu, dalan deyil. Əslində bu, kəskin münaqişədir, burada sözün əsl mənasında hər yüz metr uğrunda mübarizə gedir. Ukraynanın irəli getməsi üçün əhəmiyyətli hərbi və iqtisadi yardım alması son dərəcə vacib olacaq ki, onlar qəhrəmanlıqlarını davam etdirə bilsinlər”.

 

Xəyal Quliyev

Tarix: 24 Yanvar 2023, 11:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin