BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis Akademiyasından qovulmuş şəxsi bərpa etdirəcəyi vədini verdi, sonra həbs olundu

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Əliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Ceyhun Əliyev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı, zərərçəkmiş Qabil Həsənovun (şərti) Daxili işlər Nazirliyinin Polis Akademiyasından xaric edilmiş övladıını yenidən təhsil müəssisəsinə bərpa etdirəcəyi adı ilə aldadıb.

 

Belə ki, o, həmin şəxsdən ümumilikdə 13 800 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Daha sonra Ceyhun Əliyev verdiyi vədə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Ceyhun Əliyevin barəsində Cinayət Məclləsinin 178.2.4-cü (dədləduzluq) xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 Yanvar 2023, 12:08   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin