BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın havası açıqlandı

Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Tarix: 24 Yanvar 2023, 12:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin