BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məktubumu itiriblər, “Azərsu” ASC konkret cavab versin ki, bacarmırıq"

“Azərsu” ASC-yə 3 ay bundan öncə məktub yazmışam ki, insanlar var ki, ana su xətti evlərindən 200 metr uzaqdan keçir, deyirlər fərdi qaydada pul ödəyirik, su çəksinlər”.

 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Rüfət Quliyev bildirib.

 

“Bir ildir çalışıram, bunu edə bilmirəm. İstərdim ki, “Azərsu” ASC-nin rəhbəri desin ki, bu, niyə mümkün deyil? Bunu havayı istəmirik ki? İkinci məsələ budur ki, necə olur Milli Məclisin deputatının məktubuna 3 ay cavab verməsinlər? Bu gün mənim köməkçim zəng edib deyir ki, “Rüfət müəllim, sizin məktubu itiriblər, məktubu tapa bilmirlər”. Bunlar başını itiriblər! Bir məktubu tapıb cavablandıra bilmirlər. “Azərsu” ASC konkret cavab versin ki, bacarmırıq, ya da texniki imkan yoxdur”, - deyə Rüfət Quliyev bildirib./APA

Tarix: 24 Yanvar 2023, 13:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin