BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Polşaya qoşun göndərməyəcək

ABŞ hələlik Polşaya əlavə qoşun göndərmək fikrində deyil.

 

Pravda.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

“Bu gün qoşunların hərəkəti ilə bağlı heç bir açıqlamam yoxdur. Biz artıq Avropa qitəsində mövcudluğumuzu daha 20 min nəfər artırmışıq və onları rotasiya əsasında Avropada saxlamaq üçün mexanizmlər tətbiq edəcəyik, lakin Polşa ilə bağlı heç bir xəbərim yoxdur”, - deyə Kirbi bildirib.

 

Qeyd edək ki, hazırda Polşada 10 min ABŞ hərbçisi var.

 

Xəyal Quliyev

Tarix: 24 Yanvar 2023, 13:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin