“Qarabağ Azadlıq Təşkilatı olaraq 30 il ərzində Qarabağ uğrunda mübarizə aparmışıq. Həyatın hər tərəfini, zərbələri görümüşük. Bu partiyaların heç biri bizim yanımızda dayanmadı, hamısı qaçıb, orada-burada gizlənirdilər. İndi ürəklə danışırlar ki, Xankəndinə gedərəm, kimi deyirsən, tutub gətirərəm. İkinci Qarabağ müharibəsi ərəfəsində Camal Əhmədov təşəbbüs irəli sürdü ki, yürüş edək. Ağdam-Bərdə-Tərtər dörd yolunda görüş təyin etdilər, Nemət Pənahlı da onların yanında idi. Dedik ki, təşəbbüs sizindir, bunu o qədər də məntiqli təşəbbüs hesab etmirik, amma gedərik. Pənah Hüseyn də orada oldu, mən də, bir-iki maşın yığışıb getdik. Deyilən yerə gedib çatdıq, amma nə Nemət Pənahlını, nə başqasını orda gördük, gəlmədilər. Sonra bəhanə etdilər ki, guya yolda bunları saxlayıblar. Nə isə, dərinə getmək istəmirəm...”
Bu sözləri Pravda.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
O bildirib ki, Qarabağdakı aksiyalarla bağlı heç kim mənfi fikir söyləməməlidir: “İllərdir, bu aksiyaları keçirmişik, bilirik ki, nə deməkdir, necə çətinliyi, ağırlığı var. Düzgün mövqeli aksiyadır, orada iştirak edən gənclərin əziyyətini heç kim yerə vurmamalıdır. Kimsə bilərəkdən, yaxud bilməyərəkdən bu gün Qarabağdakı aksiyaların əhəmiyyətini aşağı endirmək istəyirsə, ermənilərin təbliğat maşınına xidmət edir. Bu aksiyalar vacibdir, çox tərəfləri var, bəzi məsələləri demək olmaz, onları mən bilirəm. Aksiya başlayanda müraciət etdik ki, iştirak edə bilərik. Həm Qarabağ Azadlıq Təşkilatının keçmiş üzvləri, həm də Azad Vətən Partiyasının üzvləri olaraq, təklif etmişdik ki, Ağdam-Xankəndi istiqamətində yürüş keçirməyə imkan versinlər, şərait yaratsınlar, Azad Vətən Partiyası, keçmiş Qarabağ Azadlıq Təşkilatı olaraq on minlik izdihamın qarşısında getməyə hazırıq. İndi yenə bu təklif üzərinə qayıdırıq. Bəzən deyirlər ki, Laçın-Xankəndi yolundakı aksiyanı guya hökumət təşkil edib. Hökumət təşkil etməyib. Azərbaycan vətəndaşının ölkənin istənilən yerində aksiya keçirməyə haqqı var. Müraciət ediblər ki, Şuşa yaxınlığında, Laçın-Xankəndi yolunda aksiya keçirmək istəyirlər. Beynəlxalq normalara görə hökumət bunun təhlükəsizlyini təmin etməlidir. Hökumət də təmin edir. Xankəndinə yürüş olarsa, aksiya keçirilərsə, bununla da bağlı Azərbaycan hökumətinə müraciət olunmalı, dinc yürüş təşkil edilməlidir. Hökumətin də borcudur ki, Xankəndində keçiriləcək aksiyanın təhlükəsizliyini təmin etsin. Məsələyə bu mövqedə yanaşılması daha doğru olardı”.
A.Nağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin özünü Xankəndinin gələcək meri hesab etməsi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının isə “şərait yaratsınlar, Vardanyanı gətirim” deməsinə belə münasibət bildirib: “Xahiş edirəm, boş-boş danışan adamların sözlərinə o qədər də fikir verməyin. Bu məsələni bayağılaşdırmasınlar. Hamısının səviyyəsini bilirik. Xankəndində Azərbaycan nümayəndəliyi olmalıdır. Hiss edirəm, bu istiqamətdə addımlar atılır. Çünki bu aksiyalar başlayan ilk günlərdə Rusiya sülhməramlılarının və Azərbaycan nümayəndələrinin iştirakı ilə Xankəndində və Xocalıda görüş keçirildi. Rusiya sülhməramlılarının rəhbərləri belə bir ifadə işlətdilər ki, yaxın vaxtlarda Xocalıda Azərbaycan nümayəndiliyi fəaliyyətə başlaya bilər. Çünki Rusiya sülhməramlılarının qərargahlarından biri Xocalıda yerləşir. Ona görə də bu ideya ortada var. Təbii bir şeydir. Nümayəndəlik deyəndə, Azərbaycan orda öz hakimiyyətini bərqərar etməlidir. Ora hansısa əlahiddə bir yer deyil ki, Azərbaycan nümayəndəlik açsın. Öz ərazisidir. Müəyyən hakimiyyət, o cümlədən güc strukturları öz şöbələrini həmin ərazilərdə açmalıdırlar”.
Aytəkin Qardaşova
4 Fevral 00:24
3 Fevral 23:55
3 Fevral 23:36
3 Fevral 23:33
3 Fevral 22:47
3 Fevral 22:29
3 Fevral 22:26
3 Fevral 21:33
3 Fevral 21:28
3 Fevral 21:23
3 Fevral 20:28
3 Fevral 20:08
3 Fevral 19:25
3 Fevral 19:07
3 Fevral 19:01
3 Fevral 18:37
3 Fevral 18:27
3 Fevral 17:39
3 Fevral 17:24
3 Fevral 16:42
3 Fevral 16:06
3 Fevral 15:50
3 Fevral 15:42
3 Fevral 15:30
3 Fevral 15:27
3 Fevral 15:05
3 Fevral 15:04
3 Fevral 15:01
3 Fevral 14:42
3 Fevral 14:35
3 Fevral 14:25
3 Fevral 14:21
3 Fevral 14:15
3 Fevral 13:58
3 Fevral 13:45
3 Fevral 13:45
3 Fevral 13:43
3 Fevral 13:38
3 Fevral 13:38
3 Fevral 13:26
3 Fevral 13:00
3 Fevral 12:55
3 Fevral 12:49
3 Fevral 12:46
3 Fevral 12:43
3 Fevral 12:37
3 Fevral 12:30
3 Fevral 12:08
3 Fevral 11:44
3 Fevral 11:34
3 Fevral 11:22
3 Fevral 11:11
3 Fevral 11:01
3 Fevral 11:00
3 Fevral 10:58
3 Fevral 10:50
3 Fevral 10:44
3 Fevral 10:41
3 Fevral 10:39
3 Fevral 10:33
3 Fevral 10:27
3 Fevral 10:17
3 Fevral 10:13
3 Fevral 09:40
3 Fevral 09:38
3 Fevral 09:36
3 Fevral 09:32
3 Fevral 09:28
3 Fevral 09:26
3 Fevral 09:22
3 Fevral 09:19
3 Fevral 09:17
3 Fevral 00:37
2 Fevral 23:35
2 Fevral 23:34
2 Fevral 23:31
2 Fevral 23:08
2 Fevral 23:01
2 Fevral 22:35
2 Fevral 21:54
2 Fevral 21:48
2 Fevral 21:08
2 Fevral 20:53
2 Fevral 20:45
2 Fevral 20:37
2 Fevral 20:25
2 Fevral 19:57
2 Fevral 19:47
2 Fevral 19:42
2 Fevral 19:17
2 Fevral 18:53
2 Fevral 18:51
2 Fevral 18:49
2 Fevral 18:28
2 Fevral 18:20
2 Fevral 18:15
2 Fevral 18:04
2 Fevral 17:47
2 Fevral 17:38
2 Fevral 17:21
2 Fevral 17:20
2 Fevral 17:13
2 Fevral 17:11
2 Fevral 17:09
2 Fevral 17:04
2 Fevral 16:57
2 Fevral 16:54
2 Fevral 16:49
2 Fevral 16:41
2 Fevral 16:37
2 Fevral 16:17
2 Fevral 16:13
2 Fevral 16:09
2 Fevral 15:51
2 Fevral 15:38
2 Fevral 15:27
2 Fevral 15:14
2 Fevral 15:14
2 Fevral 15:03
2 Fevral 14:58
2 Fevral 14:57
2 Fevral 14:56
2 Fevral 14:51
2 Fevral 14:39
2 Fevral 14:35
2 Fevral 14:33
2 Fevral 14:30
2 Fevral 14:27
2 Fevral 14:23
2 Fevral 14:20
2 Fevral 14:08
2 Fevral 13:57
2 Fevral 13:35
2 Fevral 13:30
2 Fevral 13:20
2 Fevral 13:09
2 Fevral 13:01
2 Fevral 12:58
2 Fevral 12:41
2 Fevral 12:38
2 Fevral 12:29
2 Fevral 11:59
2 Fevral 11:50
2 Fevral 11:46
2 Fevral 11:12
2 Fevral 11:12
2 Fevral 11:01
2 Fevral 10:59
2 Fevral 10:46
2 Fevral 10:21
Ən son xəbərləri səhifəmizdən də izləyin