BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nəbatət bağı ilə bağlı yayılan məlumatlar doğrudursa, bu sadəcə barbarlıq deyil, həm də...”

“Dolaşan məlumatlara görə, Milli Məclisin yanında yerləşən Bakı Nəbatət Bağı dağıdılıb yerinə park salınacaq, modern tipli bir şey. Əgər bu məlumat doğrudursa, belə bir şey faciədir. Bakı Nəbatət Bağı klassik nəbatət bağı tərzində olan bir yerdir, hər şey də demək olar yerindədir. Onun bəzi yerlərində insan özünü meşədə hiss edir. Bakıda ikinci belə bir yer yoxdur. Abşeron üçün o əvəzolunmazdır. Abşeronda belə bağın bitməsi özü bir möcüzədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Fərhad Mehdiyev deyib.

 

Ekspert bildirib ki, əgər yayılan məlumat doğrudursa, bu sadəcə barbarlıq deyil, həm də şəxsi məqsədlərlə varlanma məqsədini güdən bir lahiyədir: “Bakını sevən hər bir Bakı sakini bu Bağın saxlanılması üçün etirazlar, müraciətlər etməlidir. KİV-lərə çağırış edirəm ki, məsələni gündəmdə saxlasınlar və araşdırsınlar, təklif kimdən gəlib, lahiyəni kim təsdiq edib, məsələyə göz yummasınlar”.

 

Qeyd: Bakı Şəhər İcra Hakimiyyətindən bundan əvvəl bildirilmişdi ki, müzakirələrə səbəb olan layihə təqdim edilən ilkin layihələrdən biridir.

 

Kənan

Fotoları təqdim edirik
Tarix: 24 Yanvar 2023, 17:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin