BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəlnini xüsusi amansızlıqla öldürən qayınataya AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində Daşkəsəndə gəlinini qətlə yetirməkdə təqsirləndirilən Məhəmmədəli Mustafayevin cinayət işi məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə Daşkəsən rayonunun Bayan kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayev gəlini, 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri qətlə yetirib.

 

Məhəmmədəli Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 24 Yanvar 2023, 18:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin