BURADA REKLAMINIZ OLA
BİLƏR

Münasibətdə olduğu qadının qardaşını bıçaqlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan Xəlilovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə ötən ilin yanvar ayında, saat 01 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Yevlax şəhər sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov cinsi əlaqədə olmaq barədə razılığa gəldiyi Ağdaş rayonunun Ləki qəsəbə sakini Səbinə Əliyeva (ad, soyadı şərti) ilə onun yaşadığı Ləki qəsəbəsi yerləşən ünvanına gedib. O, həmin ünvanda həyətdə rastlaşdığı qadının qardaşı, 1986-cı il təvəlülldü Zaur Əliyev ilə aralarında yaranan mübahisə zamanı bıçaqla onun döş nahiyyəsindən qəsdən bir dəfə vuraraq xəsarət yetirib.

 

Daha sonra Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 25 Yanvar 2023, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin