BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Qaralovun şirkəti məhkəməyə verildi

"Av İnşaat" MMC "Akkord Hydrotechnical Construction Company" MMC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Av İnşaat" şirkəti podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 16-na təyin edilib.

 

Qeyd: Akkord Şirkətlər Qrupunun sabiq baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilir.

 

Kamal Məmmədov

Tarix: 25 Yanvar 2023, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin