BURADA REKLAMINIZ OLA
BİLƏR

Astarada 18 yaşlı oğlanın ölümünə səbəb olan sürücünün istintaqı yekunlaşdı

Astarada yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İmaməli Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən ilin oktyabrında Astara rayonunun Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, rayonun Ərçivan kənd sakini, 19 yaşlı İmaməli Arif oğlu Əliyevin idarə etdiyi 07-BD-877 dövlət qeydiyyat nömrə nişanlı “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən yağışlı havada idarəetməni itirərək, yol kənarındakı iri gövdəli ağaca çırpılıb.

 

Zərbənin təsirindən avtomobilldə olan 18 yaşlı sərnişin İmaməli İsmayıl oğlu Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Daha sonra İmaməli Əliyev saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 25 Yanvar 2023, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin