BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda arvadını öldürən şəxs məhkəmə qarşısında

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürməkdə təqsirləndirilən Elnur Cəfərovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses fevralın 2-nə təyin edilib.

 

Cinayət işi hakim İsfəndiyar Nağıyevin icraatına verilib.

 

Qeyd: Şərur rayon sakini Elnur Cəfərov arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.

 

Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 26 Yanvar 2023, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin