BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin İntizam Komissiyasından Erkin Qədirli ilə bağlı daha bir AÇIQLAMA

Deputat Erkin Qədili ilə bağlı tədbir görülməsi üçün Milli Məclisin İntizam Komissiyasına hər hansı bir müraciət və yaxud məlumat daxil olmayıb.

 

Bunu Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin İntizam Komissiyasının üzvü Nəsib Məhəməliyev deyib.

Qeyd: Bloqer Mehman Hüseynovun “Mənə Milli Məclisdə oturan bir deputatın adını deyə bilərsinizmi ki, o, xalqın səsi ilə parlamentdə oturub?” sualına E.Qədirlinin “Vallah, bunu heç özün haqda da deyə bilmərəm. Demokratik seçki olsaydı, bunu əminliklə deyə bilərdim, amma bizim ölkəmizdə demokratik seçki yoxdur” cavabı müzakirələrə səbəb olub. Bəzi deputat həmkarları onun bu açıqlamasının parlamentin işinə kölgə saldığını bildirir, istefa verməsini təklif edirlər.

Tarix: 26 Yanvar 2023, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin