BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyevdən xəbər var - FOTO

Hüquq müdafiəçisi Oqtay Gülalıyev reanimasiyadan çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə O.Gülalıyevin oğlu Əli Gülalıyev məlumat yayıb.

 

"Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər" – hüquq müdafiəçisinin oğlu bildirib.

 

Xatırlatma: Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb.

Fotoları təqdim edirik
Tarix: 27 Noyabr 2019, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin