BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Can həbs edildi

Tanınmış jurnalist Aydın Canıyev (Can) həbs edilib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə onun yaxınları məlumat verib.

 

Bildirilib ki, jurnalist Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs olunub.

 

Belə ki, Aydın Can haqqında jurnalist Eynulla Fətullayev Baş Prokurorluğa müraciət edib. Prokurorluğun təqdimatı əsasında ona inzibati tənbeh tətbiq edilib.

 

Eynulla Fətullayev sosial şəbəkədə paylaşımında qeyd edib ki, Aydın Can onu "Facebook"da təhqir edib. O, bu qərara görə Baş Prokurorluğa və məhkəməyə təşəkkür edib.

 

Kamal Məmmədov 

Tarix: 26 Yanvar 2023, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin