BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Əli Kəriminin mühafizəçisi ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi, partiya üzvü Ruslan Əmirovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Ruslan Əmirov 2020-ci ilin iyulunda Qarabağa və Azərbaycan Ordusuna dəstək yürüşünə görə məhkum edilib.

 

2021-ci il iyulun 17-də Səbail Rayon Məhkəməsində onun barəsində hökm çıxarılıb.

 

Hakim Azər Tağıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Ruslan Əmirov Cinayət Məcəlləsinin 186 (özgə əmlakına ziyan vurma), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və başqa maddələrilə təqsirli bilinib. AXCP fəalı yürüş zamanı bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, maşınların aşırılması kimi olaylarda təqsirli bilinib.

 

Hökmə görə, ona 3 il 6 ay sınaq müddəti olmaqla, 4 il şərti cəza verilib.

 

Ruslan Əmirov hökmdən apelyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 27 Yanvar 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin