BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayev: “Səfirliyə xain basqın, ölüm və yaralılar təbliğatın və düşmənçiliyin nəticəsidir”

“İranda səfirliyimizə xain hücum olub. Kim edib bilmirik. Amma, bir həqiqət isə aydındır. Neçə aylardır ki, İran rəsmiləri, İran televiziya və mətbuatı Azərbaycana qarşı nifrət püskürür, bizi İran cəmiyyətinə şeytan obrazında təqdim edirdi. O təbliğatla İran insanlarını Azərbaycana qarşı doldururdu. Bu xain basqın, ölüm və yaralılar bu təbliğatın və düşmənçiliyin nəticəsidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

 

“Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub, iki nəfər yaralanıb. Şəhidimizə Allahdan rəhmət diiləyir, yaralılara isə şəfa  arzulayıram”, - o qeyd edib.

 

Kənan

Tarix: 27 Yanvar 2023, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin