“Səfirliyimizə silahlı hücumla bağlı məsuliyyəti bilavasitə İran tərəfi özü məsuliyyət daşıyır. Çünki İran mediası, televiziya kanalları, radiosu, qəzetləri davamlı olaraq Azərbaycan əleyhinə düşmənçiliyi təbliğ edirlər. Bu gün təkcə “TikTok”a baxsanız, orada minlərlə kanallar yaradılıb, bu kanallar gecə-gündüz Azərbaycan əleyhinə təbliğat aparır. Azərbaycan vətəndaşı olan, İranın himayəsi altına alınaraq İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən qruplar, şəxslər var. Bunlardan biri Tohid İbrahimbəylidir, lakin başqaları da var. “İslam Müqavimət Hərəkatı” yaradılıb və əsas hədəfi, məqsədi Azərbaycanda silahlı çevriliş etməkdir. Gecə-gündüz videolar yayırlar. Bir neçə gün əvvəl SEPAH-ın Xudafərin körpüsünə doğru yürüyüş etməsi ilə bağlı videosu da yayılmışdı. Bütün bunlar müəyyən zəmin yaradır. Azərbaycanda dəfələrlə İran səfirliyinin qarşısında mitinq, hansısa qarşıdurmanın yaradılmasına cəhdlər olub. Amma hökumət bunun qarşısını qətiyyətlə alıb. Yəni bu gün İran səfirliyi Azərbaycanda ən yüksək səviyyədə qorunur, təhlükəsiziliyi təmin edilir. Bu, qarşılıqlı olmalı idi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, İran dövlət qurumları, aidiyyəti təşkilatları təhlükəsizlik məsələlərini ciddi nəzarətdə saxlamalı idilər: “İran təhlükəsizlik orqanları ən güclü orqanlardan biri hesab olunur. Bilməli və zamanında bununla bağlı müəyyən addımlar atmalı, qərar qəbul etməli idilər. Səfirliyimizə hücumda əli olan günahkarlar araşdırılmalı, ciddi cəzalandırılmalıdır. Azərbaycan tərəfinə silahlı hücumun səbəbləri barədə məlumat verilməlidir. Azərbaycan əleyhinə düşmənçiliyə, təbliğata da son qoyulmalıdır. Kimsə düşünürsə ki, bu addımlarla Azərbaycana təzyiq, təsir edə biləcək, yaxud Azərbaycanın möqeyini dəyişə biləcək, bu, mümkün deyil. Azərbaycanın mövqeyi prinsipialdır. İrandan nə istədiyimiz aydındır. İrandan qeyri-qanuni heç nə istəmirik, nə də tələb etmirik. İran çalışmalıdır ki, qonşuluq prinsiplərinə əməl etsin. Azərbaycana qarşı bu düşmənçiliyin, kin-küdurətin təbliğinə son qoysun. Bundan sonra münasibətlərin normal məcrada inkişafına nail olaq”.
C.Məmmədov İrandakı səfirliyimizə silahlı hücumla bağlı Azərbaycan tərəfinin hansı addımı atacağı ilə bağlı da fikir bildirib: “Bu məsələ beynəlxalq hüquqla tənzimlənir. Konvensiyalar, normativ sənədlərə uyğun olaraq Azərbaycan tərəfi İrandan hesabat tələb edəcək. İran bunun açıqlamasını verməlidir ki, hücumun arxasında kim durur. Bundan sonra növbəti mərhələdə müəyyən addımlar atılacaq. Məsələ tam, detallı araşdırılmalıdır. Biz təxmin edirik ki, hücum kim tərəfindən təşkil olunub. Amma xarici, kənar amillərin rolu olub-olmadığı dəqiqləşdirilməlidir. Azərbaycan açıqlama gözləyir. Əlbəttə, Azərbaycan özü də məsələni araşdıracaq. Amma İran ciddi düşünməlidir ki, gələcəkdə belə hallar təkrarlanmasın”.
Aytəkin Qardaşova
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
Ən son xəbərləri səhifəmizdən də izləyin