BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus xəstəsi oruc tuta bilər? - Allahşükür Paşazadədən açıqlama

"Koronavirus xəstəliyinə görə "oruc tutmaq mümkün olmayacaq" demək düzgün deyil. Çünki belə bir şey ola bilməz".

 

Pravda.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.

 

"Bunu kim desə, deməli, ya din xadimi, ya da dindar deyil. Hansısa bir insan koronavirus və ya başqa xəstəliyə tutulubsa, oruc tutmamalıdır".

 

Xatırladaq ki, Ramazan ayı aprelin 25-dən başlayır. Azərbaycanda mayın 24-25-də Ramazan bayramı kimi qeyd olunacaq.Report

Tarix: 4 Aprel 2020, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin