BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvətə görə tutulan keçmiş vəzifəli şəxs şikayət etdi

Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 1-nə təyin edilib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Xəstəxana direktoru 2021-ci il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

 

Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

 

Kamal Məmmədov

Tarix: 28 Yanvar 2023, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin