BURADA REKLAMINIZ OLA
BİLƏR

"McDonalds"ın qarşısında gənc oğlan bıçaqlandı - TƏFƏRRÜAT

Bakıda gənc oğlanın bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 26-sı saat 18:30 radələrində paytaxtın Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "McDonalds" restoranının qarşısında qeydə alınıb.

 

Belə ki, naməlum şəxs aralarında yaranmış mübahisə zamanı 2004-cü il təvəllüdlü Alıyev Azər Taleh oğlunun qarın nahiyəsinə 1 bıçaq zərbəsi vuraraq ona xəsarət yetirib. Yaralı ayın 27-si gecə saat 02 radələrində Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib. Fakt üzrə Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam etdirilir.

 

Kamal Məmmədov

Tarix: 28 Yanvar 2023, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin