BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu baş verərsə, Avropa siyasətini ABŞ-la sinxronlaşdırmış olacaq”

“Avropa Birliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağı nəzərdən keçirir. Bu baş verərsə, Avropa bu məsələdə siyasətini ABŞ-la sinxronlaşdırmış olacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Şahin Cəfərli bildirib.

 

“ABŞ 2019-cu ilin aprelində "Sepah"ı terror təşkilatı elan etmiş və 2020-ci ilin yanvarında təşkilatın "Qüds" qolunun komandanı Qasım Süleymaniyə qarşı Bağdadda xüsusi əməliyyat keçirərək onu aradan götürmüşdü. AB-nin bu qərarından sonra İranla imzalanmış nüvə razılaşmasının bərpası ehtimalı daha da azalmış, bəlkə də tamamən gündəmdən çıxmış olacaq. Çünki AB-nin lider dövlətləri Almaniya və Fransa da anlaşmanın tərəfləri idi. Məsələnin başqa önəmli cəhəti də odur ki, bu cür qərarlar İrana qarşı mümkün hərbi əməliyyat üçün müəyyən legitimlik yaradır. Çünki terrorçu elan olunan "Sepahe Pasdaran" birbaşa ali rəhbərə bağlı olan, İran sisteminin təməl hərbi-siyasi strukturudur”, - Ş.Cəfərli qeyd edib.

 

Kənan

Tarix: 30 Yanvar 2023, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin