BURADA REKLAMINIZ OLA
BİLƏR

Krozetto: Bütün qapıları rusların üzünə bağlamayın

Avropa qapılarını rusların üzünə bağlamamalıdır.

 

Pravda.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto deyib.

 

“Ukraynaya özünü müdafiə etməyə və öz ərazisində beynəlxalq hüququ bərpa etməyə kömək edərək, rus xalqını düşmən hesab etmək düzgün olmazdı. Heç vaxt sənətçilərin, idmançıların və mülki şəxslərin Avropaya girişinə qadağa qoyulmasını dəstəkləməmişəm”, - deyə müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Avropa Rusiyanın siyasi elitası ilə deyil, vətəndaş cəmiyyəti ilə dialoq kanallarını açıq saxlamaq lazımdır:

 

“Biz azadlıq, demokratiya sülhün nə olduğunu ruslara göstərməklə nəyisə dəyişə bilərik”.

 

Xəyal Quliyev

Tarix: 30 Yanvar 2023, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin