BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda pakistanlının əlini dişlədilər, sonra qarət etdilər

Bakıda Pakistan vətəndaşı qarət edilib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən hosteli icarə əsasında işlədən Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Waqar Basherat  polisə ərizə ilə müraciət edərək gecə saatlarında hostelə tanımadığı 4 nəfər yer üçün müraciət etdiyini bildirib. Qonaqlar hostel sahibindən su istəyib. Ali Waqar Basherat onlara su vermək üçün mətbəxə keçəndə qonaqlardan biri ona məxsus, içərisində 3000 dollar olan çantanı götürərək qaçıb.

 

Ali Waqar Basherat onlardan birini tutaraq polisə təhvil vermək istəyərkən həmin şəxs sahibkarın əlini dişləyib.

 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, Şamaxı rayın sakini, 1993-cü il təvəllüdlü Hafiz Əsgərov saxlanılıb. Hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb.APA

Tarix: 27 Noyabr 2019, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin