BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdə olan azərbaycanlılar ölkəyə gələ bilməyəcəklər

Nazirlər Kabineti yanında Operativ Qərargah qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə və olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, həmçinin səfərlərdən çəkinməyə çağırıb.

 

Pravda.az-ın xəbərinə görə, Operativ Qərargah eyni zamanda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edib.

 

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

Tarix: 4 Aprel 2020, 20:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin