BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank "Araz-Naxçıvan" klubuna daha 2 cərimə protokolu yazdı

"Araz-Naxçıvan" Peşəkar Futbol Klubu barəsində daha 2 cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, klub barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokollar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

 

İş hakim Gülsüm Əliyeva və Qabil Məmmədovun sədrlikləri ilə araşdırılacaq.

 

Hər iki məhkəmənin ilkin hazırlıq iclası fevralın 2-nə təyin edilib.

 

Qeyd: Daha əvvəl "Araz-Naxçıvan" klubu barəsində eyni xəta ilə bağlı cərimə protokolu yazılmışdı.

 

Kamal Məmmədov

Tarix: 30 Yanvar 2023, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin