BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışını öldürmək istəyən şəxsdən xəbər var

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Şükran Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət məhkum barəsində cəzasını yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 31-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci ilin oktyabrında paytaxtın Nərimanov rayonunda eydə alınıb.

 

Belə ki, Ş.Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan mu‌bahisə zamanı Tural Heydərova məişət təyinatlı bıçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.

 

Ş.Əliyev Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 30 Yanvar 2023, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin