BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyanın 50 ilə qurduğu bazarı Putin 50 həftəyə məhv etdi

Rusiya Avropada enerji bazarının qurulmasına təxminən 50 il sərf etdi, lakin Rusiya Prezidenti Vladimir Putin onu 50 həftədən az müddətdə məhv etdi. Bunun əvəzini tapmaq demək olar ki, mümkün olmayacaq.

 

Pravda.az xəbər verir ki, bunu “Bloomberg First Word” neft analitiki Culian Li deyib.

 

“Rusiya öz nefti üçün əsasən Hindistanda alternativ bazarlar tapsa da, neft məhsullarının və təbii qazın satışının istiqamətinin dəyişdirilməsi illər çəkəcək və külli miqdarda pula başa gələcək”, - analitik bildirib.

 

Onun sözlərinə görə, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri gündə təxminən 2,5 milyon barrel neft, 1 milyon barrel neft məhsulları və 155 milyard kubmetr qaz istehlak edən bazar demək olar ki, yoxa çıxıb:

 

“Müharibənin başlanmasından az sonra Rusiyadan Avropanın bəzi hissələrinə neft tədarükü azalmağa başladı. Dekabrın 5-də Aİ-nin Rusiya neftinin dəniz idxalına qadağası qüvvəyə mindikdən sonra isə onlar artıq kiçik həcmlərə endirildi”.

 

Xəyal Quliyev

Tarix: 30 Yanvar 2023, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin