BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərhad Məmmədov: "Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı münasibətlərin korlanmasının ən pis nöqtəsinə gətirib çıxardı"

“Onsuz da İran-Azərbaycan münasibətləri çox gərgin idi. Bu terror aktı münasibətlərin korlanmasının ən pis nöqtəsinə gətirib çıxardı. Xarici işlər nazirinin müavini Xələf Xələfov demişkən, Azərbaycanın İrana qarşı nə etimadı, nə də etibarı qalıb. Bu kəlimənin arxasında o dayanıb ki, terror aktının qarşısını almaq mümkün idi. İkinci məqam budur ki, terror aktından sonra gözdən pərdə açmaq üçün verilən rəsmi reaksiya, cinayətkarı terror aktını törətməyə vadar edən motiv Azərbaycan tərəfindən qəbul edilmədi…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

 

“Normallaşma prosesini başlamaq üçün İran tərəfi istintaqı tam şəffaf keçirməlidir. Hətta Azərbaycan tərəfi təklif etməlidir ki, Azərbaycan mütəxəssisləri də bu istintaqda iştirak etsinlər. Məhz belə addımlar etimadı və etibarı bərpa edə bilər. Əks halda, münasibətlərin müəyyən dövr dondurulmuş vəziyyətdə qalmasını proqnoz edə bilərik”, - politoloq vurğulayıb.

 

Aytəkin Qardaşova

Tarix: 30 Yanvar 2023, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin