BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkil Bəxtiyar Hacıyevlə görüşdü

Vəkil Zibeydə Sadıqova 22 gündür aclıq edən ictimai fəal Bəxtiyar Haclyevlə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, Bəxtiyar Hacıyev aclığı sonadək davam etdirəcəyini deyib.

 

"Mən sonadək aclıq aksiyasını davam etdirəcəm. Xahiş edirəm, mənə aclığı dayandırmağımla bağlı heç kim müraciət etməsin. Təqsirsizəm, cinayət törətməmişəm", - Bəxtiyar Hacıyev vəkillə görüşdə bildirib.

 

O qeyd edib ki, ictima fəalın apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

B.Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

 

Kamal Məmmədov

Tarix: 30 Yanvar 2023, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin