BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını baltalayan şəxsdən xəbər var

Cəlilabadda arvadını baltalamaqda təqsirləndirilən Şəhriyar Bayramovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Nizami Quliyevin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən il oktyabrın 21-də rayonun Yusublu kəndində qeydə alınıb. Belə ki, kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovaya şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı balta ilə ağır xəsarətlər yetirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 31 Yanvar 2023, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin