BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ikimərtəbəli ev uçdu – FOTO

Bakıda ikimərtəbəli yaşayış evi uçub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Yasamal rayonu, Əli bəy Hüseynzadə küçəsi, ev 10 ünvanında qeydə alınıb.

 

İkimərtəbəli evin mətbəxinin uçması nəticəsində daşlar həyətyanı sahəyə tökülüb.

 

Sakinin bildirdiyinə görə, ev əvvəllər də qəzalı vəziyyətdə olub, aramsız yağan yağışlardan sonra bu hadisə baş verib.

 

Qəza ilə bağlı lazımi qurumlara müraciət edilib.Trend

Fotoları təqdim edirik
Tarix: 27 Noyabr 2019, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin