BURADA REKLAMINIZ OLA
BİLƏR

CNN: ABŞ Ukraynaya F-16 tədarükünə razılıq verib

ABŞ müttəfiq ölkələr tərəfindən Ukraynaya F-16 qırıcılarının tədarükünə mane olmayacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

 

“Vaşinqtonda müharibənin əvvəlində hesab edirdilər ki, bu təyyarələrin Ukraynaya verilməsi Rusiya Prezidenti Vladimir Putini arzuolunmaz eskalasiyaya təhrik edəcək. Ancaq indi Ağ Evin mövqeyi dəyişib. ABŞ faktiki olaraq Ukrayna Silahlı Qüvvələrini müasir F-16 qırıcıları ilə təmin edə biləcək müttəfiqlərə yaşıl işıq yandırıb”, - məlumatda qeyd olunub.

 

Xəyal Quliyev

Tarix: 2 Fevral 2023, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin