BURADA REKLAMINIZ OLA
BİLƏR

Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı - SƏNƏDLƏR

Milli Məclisin sabiq deputatı Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

 

1. "VRS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

2012-ci ilin iyulun 11-də 100 manat nizamnamə kapitalı ilə Hadı Rəcəblinin yaşadığı ünvanda - BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, QULU QULİYEV, ev 8, m. 40 qeydiyyatdan keçib. Təsisçisi keçmiş deputatın gəlini SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.

VRS - Vüsal (Rəcəbli) Səidə adları və soyadlnın abbreviaturasıdır.

 

2. "MOBA3" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il yanvarın 1-də 100 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.

 

3. "VRS CONSULTİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü fevralın 14-də 100 manat nizamnamə kapitalı ilə Hadı Rəcəblinin yaşadığı ünvanda hüquqi qeydiyyata alınıb. Qanuni təmsilçisi CÜLYETTA HƏSƏNOVA ƏNVƏR qızıdır.

 

4. "VR SOLUTİONS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci il iyununda qeydiyyatdan keçib, təsisçisi RƏCƏBLİ VÜSAL HADI oğludur

 

5. "K.E.T.S" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 10 manat nizamnamə kapitalı ilə LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, SƏTTARXAN ev.4-də hüquqi qeydiyyata alınıb. Təsisçisi RƏCƏBLİ TURAL HADI oğludur.

 

Və bundan əvvəl məlum olan şirkətləri:

 

6. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ - Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.

 

7. “MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

 

8. "KAVERSON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

 

9. "APTUST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.

 

10. "ŞERİF-R" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.

 

11. “VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Qanuni təmsilçisi Hadı Rəcəblinin yaxın qohumu Şadil Xəzail oğlu Rəcəblidir.

Fotoları təqdim edirik
Tarix: 5 Aprel 2020, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin