BURADA REKLAMINIZ OLA
BİLƏR

AP Rusiya biznesini tam qadağan etməyə çağırdı

Avropa Parlamenti Aİ ölkələrini Rusiyaya qarşı 10-cu sanksiyalar paketini tez bir zamanda qəbul etməyə və Avropa bazarında qalan Rusiya şirkətlərinin, o cümlədən “Lukoyl” və “Rosatom”un fəaliyyətini qadağan etməyə çağırıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin fevralın 3-də Kiyevdə keçiriləcək Aİ-Ukrayna sammitinə həsr olunmuş xüsusi sessiyasında qəbul edilmiş qətnamədə deyilib.

 

Bundan əlavə, Avropa Parlamenti neft və uran da daxil olmaqla, Rusiyadan yanacaq idxalına tam və dərhal embarqo tətbiq etməyə çağırıb.

 

Xəyal Quliyev

Tarix: 2 Fevral 2023, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin