BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden Ukrayna ilə bağlı strategiyasını dəyişir

ABŞ Prezidenti Co Bayden administrasiyası Rusiya ilə münaqişəni tez həll etmək üçün Ukrayna strategiyasını dəyişib.

 

Pravda.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin yazarı Hal Brends yazıb.

 

“Ukraynada münaqişə yeni mərhələyə qədəm qoyur və ABŞ-ın strategiyası mühüm dəyişikliklərə məruz qalır”, - məqalədə bildirilib.

 

Onun sözlərinə görə, Bayden administrasiyası artıq münaqişənin gərginləşməsindən qorxmur, yekun diplomatik həll ümidi ilə Ukraynaya dəstəyi artırır:

 

“ABŞ administrasiyası üç istiqamətdə strategiyasını yeniləyir: ABŞ-ın münaqişə ilə bağlı məqsədlərini daha dəqiq müəyyənləşdirmək, Ukraynaya daha təkmil silahlar göndərmək və Kiyevə Krımda Rusiya obyektlərinə zərbələr endirmək imkanı vermək. Bu strategiyanın məqsədi ciddi itkilər təhlükəsi ilə Rusiyanı Ukrayna ilə danışıqlara məcbur etməkdir, çünki ABŞ münaqişənin əbədi olaraq uzanmasını istəmir. Bununla belə, yeni yanaşmanın mütləq uğurundan əmin deyiləm”.

 

Xəyal Quliyev

Tarix: 2 Fevral 2023, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin